Ədliyyə Nazirli yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin yeni tərkibi müəyyənləşib. İctimai Komitədən verilən məlumata görə Ədliyyə naziri yanında seçki komissiyasının toplantısı keçirilib və komitənin yeni tərkibi barədə yekun qərar qəbul olunub. Qərara əsasən, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Səadət Bənənyarlı, Zəlihə Tahirova, Şahin Camalov, Elmari Məmişov, Nazir Quliyev , Zaur Seyidzadə və Elçin Salmanov qurumun üzvü seçilib. Komitənin əvvəlki tərkibində olmuş Elmira Ələkbərova səhhəti ilə bağlı müraciətinə əsasən tərkibdən çıxarılıb. Onun yerinə Səadət Bənənyarlı yeni tərkibə daxil edilib. Həmçinin bir vakansiya yerinə Elçin Salmanov daxili edilib. 02.03.2012-ci il tarixdə keçirilmiş İctimai Komitənin ilk iclasında İctimai Komitənin koordinatoru Çingiz Qənizadə seçilib.
İctimai Komitənin tərkibini müəyyənləşdirən seçki komissiyasına Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, deputat Rəbiyyət Aslanova, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun nümayəndələri və başqaları daxildir.