Bakıda təmirə bağlanan yollardan biri istifadəyə verilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsinədək olan hissəsində yenidənqurma və təmir işləri başa çatıb və yol birtərəfili istifadəyə verilib.
Əsədov bildirib ki, həmin yol həm genişləndirilib, həm də asfalt örtüyü yenilənib.