Bunu Milli Məclis Aparatının sədri Səfa Mirzəyev bazar ertəsi parlamentin ötən ilin yekunları və 2012-ci ilin yaz sessiyasının qanunvericilik planları ilə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, qanun layihəsi MM-in mütəxəssisləri tərəfindən hazırlanmasa da, onlar layihə ilə tanış olublar.
“Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5000 imzanın toplanılması təklif olunur.
Qanun layihəsi Venesiya Komissiyasında müzakirə olunub.