O, vəzifəsinin icrasına bu il aprelin 1-dən başlayacaq. Sözügedən posta müxtəlif ölkələr tərəfindən namizədlər təqdim edilmişdi. AŞ Nümayəndələr Komitəsinin 2011-ci il noyabrın 24-də keçirilən iclasında insan hüquqları üzrə komissar postuna irəli sürülmüş namizədlərlə bağlı səsvermə keçirilmiş və bunun nəticəsində ən çox səs toplamış 3 namizəddən ibarət siyahı AŞ PA-ya təqdim edilmişdi. Bu namizədlər Nils Münieks (Latviya), Frans Timmermans (Niderland) və İv Mone (Belçika) olmuşdu.
Qeyd edək ki, bu posta ilkin mərhələdə 5 namizəd irəli sürülmüşdü.
İnsan hüquqları üzrə komissarının səlahiyyət müddəti altı ildir.
Prosedura görə, insan hüquqları üzrə komissar AŞ Nazirlər Komitəsinin təqdimatı əsasında, AŞ PA tərəfindən seçilir.
Frans Timmermans 1961-ci il mayın 6-da Maastrix şəhərində anadan olub. Niderland İşçi Partiyasının üzvüdür. 2007-2010-cu illərdə Niderlandın Avropa məsələləri üzrə nazir postunu tutub və 9 il ərzində ölkəsinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü olub. Təcrübəli diplomat kimi səciyyələndirilən Timmermans ATƏT-in milli azlıqlar üzrə ali komissarının müşaviri olub.
Xatırladaq ki, AŞ-nin İnsan hüquqları üzrə hazırkı komissarı Tomas Hammarberqin səlahiyyət müddəti 2012-ci ilin martın 31-də başa çatır. O, bu vəzifəyə AŞ PA-tərəfindən 2005-ci il oktyabrın 5-də seçilmiş və səlahiyyətlərinin icrasına 2006-ci il aprelin 1-də başlamışdı.
İnsan hüquqları üzrə komissar institutunu yaratmaq təşəbbüsü AŞ-nin dövlət və hökumət başçılarının 1997-ci ildə Strasburqda keçirilən zirvə toplantasında irəli srülüb. Bununla əlaqədar, Nazirlər Komitəsi 1999-cu ildə insan hüquqları üzrə komissar institutunun yaradılması və onun mandatının müəyyən edilməsinə dair qətnamə qəbul edib. AŞ-nin insan hüquqları üzrə ilk komissarı ispaniyalı Alvaro Jil-Robles olub (1999-2006).