“Bələdiyyələrin qarşılaşdıqları əsas problemlər maliyyə vəsaitlərini toplaya bilməmələri ilə əlaqədardır. Məsələn, torpaq sahəsinin verilməsi ilə bağlı sənədlər təqdim edilmədiyi üçün bələdiyyələr mülkiyyətlərindəki torpaqlardan əmlak və torpaq vergisini toplaya bilmirlər”.
Bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib. O bildirib ki, bu günədək 1730 bələdiyyənin 30%-nə torpaqların dövlət aktı verilməyib: “Digər bir məsələ isə Bakı şəhəri üzrə torpaq hərracının keçirilməməsidir. Belə bir hərrac yalnız bir dəfə – Xəzər rayonunda keçirilib”.
M. Səlimzadə fevralın 24-də MM-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin hesabatının dinlənəcəyini söyləyib.