Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsinə dair hesabat təqdim edəcək

Azərbaycan BMT Uşaq Hüquqları Komitəsinin 59-cu sessiyasında BMT-nin Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsinə dair hesabat təqdim edəcək. Hesabat yanvarın 17-18-də müzakirə olunacaq. Sessiyanın gündəliyinə Konqo, Myanma, Madaqasqar, Toqo, Tailand, Kuka adaları və Niue ilə bağlı hesabatlar da dinləniləcək.

Qeyd edək ki, komitənin tərkibinə daxil olan 18 ekspert İnsan Haqlarına dair Konvensiyaya iki əlavə protokolun müddəalarının həyata keçirilməsinə nəzarət edirlər. Bu əlavə protokollar uşaqların hərbi münaqişələrdə iştirakını, uşaq alveri, uşaqların fahişəliyə cəlb olunması və uşaq pornoqrafiyası ilə bağlı halları nəzərdə tutur.

Sessiya işini fevralın 3-də başa çatdıracaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO