Milli Məclisdə Belçika parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

MM sədrinin birinci müavini Ziyafət Əsgərov qonaqlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək bildirib ki, 20 ilə yaxındır Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal altındadır və Ermənistan Azərbaycan ərazilərində etnik təmizləmə aparıb. O, Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı 4 qətnamənin qəbul olunduğunu, lakin bunların heç birinin icra edilmədiyini deyib: “Belçika parlamenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsini öz iclaslarında qaldırsa, Avropanın ikili standartlardan uzaqlaşdığını deyə bilərik”.

Görüşdən sonra keçirilən brifinqdə F. Blanşar yanvarın 7-də Azərbaycanın əyalətlərinə səfər edəcəyini, məcburi köçkünlər və onların problemləri ilə məşğul olan qurumların nümayəndələri ilə görüşəcəyini bildirib. O qeyd edib ki, səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin müzakirəsidir.

Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov brifinqdə bildirib ki, qrup Azərbaycan haqda məlumatların Belçika televiziyasında yayılması, Azərbaycan və Belçika universitetləri arasında tələbə mübadiləsinin aparılması, Belçikanın Tun və Azərbaycanın Şamaxı şəhərlərinin qardaşlaşması və bu çərçivədə Tun şəhərində Mirzə Ələkbər Sabirin heykəlinin ucaldılması, Xocalı faciəsinin Belçika parlamentində qaldırılması üzrə birgə iş aparır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO