Toplantıya birliyə daxil dövlətlərin müvafiq nazirliklərin nümayəndələri və GUAM katibliyinin təmsilçiləri qatılıb. İclasda tərəflər enerji təhlükəsizlyi üzrə seminarın təşkilinə hazırlıq işlərini müzakirə ediblər. Tərəflər habelə enerji sahəsində dövlətlərarası əməkdaşlığı gücləndirmək niyyətini bəyəniblər. İclasda Qara və Xəzər dənizləri regionunda təbii qazın nəqli sahəsində texniki-iqtisadi əsaslandırmanın maliyyələşdirməsi məsələsinin növbəti GUAM-Yaponiya dialoqunun gündəliyinə salmaq barədə ortaq təklif dəstəklənib.
Gələn il GUAM-ın enerji üzrə işçi qrupunda Azərrbaycanın əlaqələndirici qismində fəaliyyət göstərəcəyi barədə razılaşma əldə edilib.