Seçkini 50 min müşahidəçi izləyəcək

Müşahidəçilər arasında 59 ölkə nümayəndəsi də var

Oktyabrın 15-də keçiriləcək prezident seçkisini 50 mindən artıq müşahidəçinin izləyəcəyi proqnozlaşdırılır.
Lent.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkini izləmək üçün akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı 1104 nəfərdir. Seçkini ümumilikdə 59 ölkənin nümayəndəsi izləyəcək. ABŞ-dan 150, Rusiyadan 350, Böyük Britaniyadan 70, Almaniyadan 60 müşahidəçi qeydiyyatdan keçib. Azərbaycandakı diplomatik korpusun nümayəndələri də seçkini izləyəcək. ABŞ səfirliyinin 40, Böyük Britaniya səfirliyinin 20 müşahidəçisi, həmçinin Almaniya, Ukrayna və digər ölkələrin səfirliklərinin müşahidəçiləri MSK-da qeydiyyata alınıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkini 320 müşahidəçi ilə izləyəcək. Digər beynəlxalq təşkilatlar də Azərbaycana öz müşahidəçilərini göndərib.
M. Pənahov deyib ki, ən son məlumatlara görə, MSK-da 2632 nəfər müşahidəçi qeydiyyatdan keçib. Həmin şəxslər bütün ölkə boyu seçki prosesini izləmək ixtiyarına malikdirlər. Dairə seçki komissiyalarında qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 36355-ə çatıb.
Xarici jurnalistlər istisna olmaqla KİV nümayəndələri seçkini MSK-da qeydiyyatdan keçmədən izləmək imkanına malikdirlər. İndiyədək MSK-da 20 beynəlxalq KİV nümayəndəsi qeydiyyatdan keçib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO