Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. “Mətbuat Şurası bu sahədə üzərinə düşən missiyanı yerinə yetirib. Qanun layihəsini hazırlayıb və qanun layihəsi Avropanın tanınmış ekspertləri tərəfindən təkmilləşdirilib. Mətbuat Şurası qanun layihəsini Milli Məclisə göndərib”, – Amaşov bildirib.
Onun sözlərinə görə, gələn ilin yaz sessiyasında bu məsələyə baxıla bilər.
“Diffamasiyadan müdafiə haqqında” qanun jurnalistləri təhqirə və böhtana görə cinayət məsuliyyətdən azad etməyi nəzərdə tutur.