Azərbaycanda il ərzində 4 minə yaxın erkən nikah bağlanır

bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. A.Sofiyeva erkən nikahdan doğulan körpələrdə tibbi problemlərin çox olduğunu bildirib: “Milli Məclisdə qızların nikaha daxil olmaq üçün yaş həddi 17 yaşdan 18-ə qaldırıldı. Hesab edirəm ki, bu vacib məsələdir. Bu qanunun qəbulu erkən nikaha daxil olmanın qarşını alır.

Erkən nikahda şiddət, zorakılıq daha çox olur. Aparılan araşdırmalar göstərib ki, erkən nikaha daxil olan qızların çoxu bunu öz istəkləri ilə deyil, ailələrinin istəkləri ilə edirlər. Bu da sonradan problemlər yaradır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO