Azərbaycanda yuvenal ədliyyə gündəmdə – Uşaqlarla bağlı yeni qanun gözlənilir

Azərbaycanda yuvenal ədliyyə gündəmdə - Uşaqlarla bağlı yeni qanun gözlənilir
Milli Məclisin payız sessiyasında “Yuvenal ədliyyə haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, qanun layihəsi üzrə işlər davam etdirilir: “Sənəd hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Həmin qurumlar təkliflərini verdikdən və işlər tam yekunlaşdıqdan sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq”.

R.Rzayev bildirib ki, sənəd hazırlanarkən beynəlxalq təcrübə öyrənilib.

Qeyd edək ki, qanun lahiyəsinin hazırlanmasına bir neçə il əvvəl start verilib. Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO