Almaniya XİN: AŞ-nın monitorinq institutlarının Dağlıq Qarabağ və Azərbaycanın 7 ətraf rayonuna girişi təmin edilməlidir

Almaniya XİN: AŞ-nın monitorinq institutlarının Dağlıq Qarabağ və Azərbaycanın 7 ətraf rayonuna girişi təmin edilməlidir
Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.

O çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da bildirib: “Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin Şərqi Ukraynada separatçıların nəzarətində olan ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. AŞ-nın insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

O, AŞ-nin baş katibi Tyorbörn Yaqlandı bu istiqmətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO