Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O deyib ki, qanunda faizsiz ipoteka kreditlərinin, gənc ailələr üçün 30 illik kreditlərin verilməsi, gənc ailənin işləməyən üzvü üçün iş yerləri kvotası müəyyənləşdirmək nəzərdə tutulur.
Komitə sədrinin sözlərinə görə, ölkədə ipoteka kreditlərinin məbləğinin artırılması ilə bağlı təkliflər səslənir: “Bir neçə ildir ki, ipoteka krediti verilir. Verilən ipotekaların faizləri geri qayıtmağa başlayıb. Bu il həmin qayıdan pulların yenidən ipoteka kimi ödənilməsi bu məbləğin artırılmasına xidmət edəcək. Gələcəkdə ipotekanın formasını dəyişməyi düşünürük. Bunlar hamısı maliyyə tutumlu ideyalardır. Əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahının günü-gündən artırılmasıdır. Azərbaycanda əhalinin real gəlirlərinin artırılması, ailədə çalışanların ən azı iki nəfərə çatdırılması, kasıblıq həddinin və işsizliyin sıfıra endirilməsi məqsəd kimi qarşıya qoyulub. Bu istiqamətdə də ardıcıl iş aparılır”.