Azərbaycanda ailə qurmaq üçün tibbi arayış təqdim etmək məcburi olacaq

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O bildirib ki, Azərbaycanda Ailə Məcəlləsinin daim təkmilləşməsi istiqamətində işlər aparılır: “Artıq qızların nikah yaşının 18-ə çatdırılması parlament tərəfindən qəbul edilib. Digər addım isə nikaha girmək üçün tibbi arayışların imperativ normaya çevrilməsidir. Hazırda bu, deklorativ xarakter daşıyır. Məqsəd nikaha girənlərin nikahını qadağan etmək deyil. Xəstəlikləri haqqında məlumat alan gənclər nikaha girə bilərlər. Amma onlar bir-birinin xəstəlikləri haqqında məlumatlı olmalıdırlar. Hemofiliyalı və talassemiyalı xəstələr nikaha girəndə onların övladları xəstə doğulur. Bunu bilib addım atmaq lazımdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO