Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilsin. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu sərəncam ilə “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1078 nömrəli sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilib.