Azərbaycan Avropa Gənclər Parlamentinə tam üzv qəbul olundu

Azərbaycan Avropa Gənclər Parlamentinə tam üzv qəbul olundu Azərbaycan Avropa Gənclər Parlamentinə tam üzv qəbul olunub. Avropa Gənclər Parlamenti – Azərbaycanın (EYP Azerbaijan) baş katibi Fəxrintac Abdullazadənin verdiyi məlumata əsasən, Avropa Gənclər Parlamentinin 11-13 noyabr tarixində Almaniyanın Berlin şəhərində keçirilmiş iclasında Azərbaycan Avropa Gənclər Parlamentinin tam üzvü seçilib.

Tədbirdə Azərbaycan gənclərini Bədir Bayramov və Heydər Cəfərli təmsil edib. Hazırda Avropa Gənclər Parlamenti Avropada siyasi debatlar, mədəniyyətlərarası görüşlər, siyasi təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən ən geniş platformaıdır. Avropa Gənclər Parlamentinin məqsədi Avropa problemləri ilə bağlı məsələlərə diqqəti artırmaq, fəal Avropa vətəndaşlığını təşviq etmək, tələbələri Avropa siyasəti ilə məşğul olmaq üçün həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Avropa gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir. Avropa Gənclər Parlamentinin himayəçiləri Avropa Parlamentinin Prezidenti Yerji Buzek, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanddır. Avropa Gənclər Parlamentinin Fəxri Komitəsinin üzvləri isə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo, Avropa Komissiyasının vitse-prezidentləri Maros Şevsovis və xanım Nilya Krosdur.

Avropa Gənclər Parlamenti – Azərbaycan (EYP Azerbaijan) bütün azərbaycanlı gəncləri qeyd olunan imkanlardan yararlanmağa dəvət edir: «Bir gənc dövlətin gənc vətəndaşları kimi belə böyük beynəlxalq təcrübədən yararlanmaq bizim üçün olduqca faydalı olacaqdır. Çünki bu, bilik və təcrübə mübadiləsidir».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO