Milli Məclisdə müəllimlərin və həkimlərin maaş problemi qaldırıldı

Azərbaycanda müəllimlərin və həkimlərin əməkhaqlarının aşağı olması məsələsi yenidən gündəmə gətirilib. Noyabrın 4-də Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin 2012-ci ilin büdcə layihəsinin müzakirə olunduğu birgə iclasında millət vəkili, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev problemi səsləndirib.

Deputat vurğulayıb ki, Azərbaycanda təhsil və səhiyyə işçilərinin maaşları çox aşağıdır, bu isə korrupsiya və rüşvətxorliğa yol açır. «Açıq danışaq, 120-130 manat maaş alan müəllim 4 nəfərdən ibarət ailəsini necə saxlasın”deyə S.Möhbalıyev iclasda vurğulayıb. Deputat bildidb ki, məsələnin ciddiliyi nəzərə alınmalı və müvafiq tədbirlər görülməlidir. O, təhsil və səhiyyə işçilərinin maaşlarının mütləq qaldırılmalı olduğunu qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO