Vaşinqton bürosunun məlumatına görə, sənəd dünən BMT Baş Assambleyasının 66-cı sessiyasının Üçüncü Komitəsinin iclasında açıqlanıb.
Sənədi təqdim edərkən Azərbaycanın nümayəndəsi bildirib ki, ruandalı həmkarı ilə birlikdə Komitənin üzvlərinin sayının 85-dən 87-ə qaldırılmasını təklif edir.
İqtisadi və Sosial Şura bu barədə 2011-ci il iyulun 28-də qərar qəbul edib. Buna görə də Bakı mətn layihəsinin təsdiqlənməsini xahiş edib.
BMT Baş Katibinə göndərdiyi məktubda, Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev bildirib ki, Azərbaycan da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv olmaq istəyir.
“Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının proqramına tamamilə sadiqdir. Azərbaycan Qaçqınların Statusuna dair 1951-ci ildə qəbul edilmiş Konvensiyaya və 1967-ci ildə qəbul edilmiş Protokola qoşulub. 1999-cu ildən 2007-ci ilədək Azərbaycan Daimi Komitədə müşahidəçi qismində iştirak edib”.
Nümayəndə onu da qeyd edib ki, Azərbaycan qaçqınların vəziyyətinin həm beynəlxalq və regional əməkdaşlıq yolu ilə, həm də milli səviyyədə yaxşılaşdırılmasına çalışır: “Azərbaycan qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün həm beynəlxalq, həm də dövlət səviyyəsində fəaliyyət göstərir”.