Sammitdən bir gün öncə Xarici İşlər Nazirləri Şurasının iclası olacaq. MDB sammitində birliyin 20 illiyi ilə əlaqədar əldə edilmiş nailiyyətlər müzakirə olunacaq. Prezidentlər yubileylə bağlı birgə Bəyannaməyə imza atacaq. Sammit çərçivəsində imzalanacaq sənədlər layihəsinin və zirvə görüşü gündəliyinin artıq hazır olduğu bildirilir.
Bundan başqa, zirvə toplantısında qanunsuz miqrasiya, beynəlxalq terror və ekstremizlə müştərək mübarizə, xüsusi antiterror qurumlarının yaradılması və digər məsələlər müzakirəyə çıxarılacaq.