Bu barədə Avropa Parlamentinin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunub: “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir”.
Bəyanatda Avropa Parlamentinin sədri İrji Buzekin Bakıya səfəri zamanı dediyi sözlərdən də sitat gətirilib: “Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir”.
Aşağıda həmin bəyanatın mətnini nəzərinizə çatdırırıq:
Dağlıq Qarabağ – Cənubi Qafqazın həll olunmamış münaqişəsi
Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və əksəriyyətini etnik ermənilər təşkil etdiyi ərazidir.
Bu bölgə 1992 – 1994-cü illərdəki müharibə nəticəsində viran olunub və beynəlxalq vasitəçilik hələ də davamlı sülh yarada bilməyib. Bu yaxınlarda Avropa Parlamentinin sədri İrji Buzek bu bölgəyə baş çəkib və bölgədəki vəziyyətlə əlaqədar dinləmələr Xarici Əlaqələr üzrə Komitədə iyunun 15-də keçiriləcək.
Bu bölgə, Azərbaycan ərazisi çərçivəsində əhalisi 140.000 insanın təşkil etdiyi və əsasən etnik ermənilərdən ibarət olan anklavdır. Bu bölgə dövlətçilik iddialarını irəli sürsə də heç Ermənistan tərəfindən də tanınmayıb. Atəşkəsin olmasına baxmayaraq, gərginlik hələ də yüksək səviyyədə qalmaqdadır, zorakılıq aktları mövcuddur və bir çoxları Azərbaycanın status-kvoya hərbi əməliyyatlar vasitəsilə iddia edəcəyindən qorxur.
Münaqişənin həll olunması üçün edilən cəhdlər
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəsilə münaqişənin uzunmüddətli həllinə çalışır. Madrid prinsipləri kimi tanınan münaqişənin həlli prinsipləri arasında aşağıdakılar mövcuddur:
• Dağlıq Qarabağın ətrafındakı ərazilər Azərbaycanın nəzarəti altına geri qaytarılır
• Dağlıq Qarabağın yekun hüquqi statusu müəyyən olunur
• Dağlıq Qarabağla Ermənistanı dəhliz birləşdirir
• Bütün qaçqın və məcburi köçkünlərə öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ verilir
Azərbaycana səfəri zamanı cənab Buzek bildirib: “Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir”.
Bölgə üçün nəticələr
Bu münaqişə Ermənistanı diplomatik təcriddə qoyaraq Rusiyadan asılı vəziyyətə saxlayır. Sərhədləri Türkiyə ilə bağlandıqdan bəri, Ermənistanın quru ilə yeganə mövcud nəqliyyat seçimi Gürcüstan və İrandır. Xəzər dənizindən Türkiyə qədər uzanan boru kəmərləri Ermənistanın ərazisindən yox Gürcüstanın ərazisindən çəkilib, Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolunun inşası isə Ermənistandan yan keçir.