Azərbaycan Milli Məclisinin deputatları Ülvi Quliyev və Səttar Mehbalıyev Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Deputatlar Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) xətti ilə müşahidəçi qismində Türkiyə Böyük Millət Məclisinə seçkilərin gedişini izləyəcəklər.
Səfər iyunun 13-də başa çatacaq.