ATƏT-in Bakı ofisi “Siyasi partiyalar haqqında ” yeni qanuna münasibətini açıqlayıb

Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib. “Yeni qanunla əlaqədar fikirlər hələ tam formalaşmayıb, lakin bununla bağlı bəzi fikirlərimiz var. Hazırkı “Siyasi partiyalar haqqında” qanun köhnədir və mövcud şərtlərə uyğun yenilənməlidir. Qanunda siyasi partiyaları dəstəkləyəcək və onlara kömək olacaq yeni tədbirlərin yer alması da tələb oluna bilər”, – Cankorel əlavə edib.

O, yeni qanunda siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinin də yer aldığını xatırladıb və qeyd edib ki, bu təcrübə, demək olar ki, bütün ölkələrdə mövcuddur.

“Yəqin ki, bu məsələlər qanunun qəbulu zamanı nəzərə alınacaq”, – Cankorel əlavə edib.
Milli Məclisin payız sessiyasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar tərəfindən mövcud “Siyasi partiyalar haqqında” qanuna partiyaların maliyyələşdirilməsinə dair əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunun qəbulu ilə bağlı təkliflər irəli sürülüb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO