ATƏT Parlament Assambleyası prezidentinin Azərbaycana səfəri başlayıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda onu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

P. Eftimiu jurnalistlərə açıqlamasında Azərbaycanın regionun aparıcı dövlət olduğunu, ona görə də ölkəmizlə əlaqələrə böyük əhəmiyyət verdiklərini qeyd edib.

O, səfərinin əsas məqsədinin Azərbaycanla təhlükəsizlik, iqtisadi, ekoloji, insan haqları və demokratiya sahəsində, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaq olduğunu da vurğulayıb.

ATƏT PA prezidenti səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO