Azərbaycan və Türkiyə arasında iki müqavilə imzalanıb

İstanbulda Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığa dair iki müqavilə imzalanıb. Imzalanma mərasimində müdafiə sənayesi naziri Yavər Camalov, Türkiyənin müdafiə naziri Vəcdi Könül iştirak edib.

Birinci müqaviləni Y. Camalov və V. Könül arasında imzalayıblar. Bu müqaviləyə əsasən, Azərbaycan Türkiyə müəssisələrində istehsal olunun 105 mm-lik top və MODERN piyada tüfənglərinin birgə istehsalı layihəsində iştirak edəcək.

İkinci müqavilə Türkiyə Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında imzalanıb. Müqaviləni Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin həbi-texniki əməkdaşlıq departamentinin müdiri Fərrux Vəzirov və MKEK-in baş direktoru Ünal Önsahioğlu imzalayıblar.

Müqavilə çərçivəsində MKEK-in layihələndirdiyi 120 mm-lik çaplı minaatan birgə istehsal olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO