“Bəzi beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına sadəcə təəccüblənirəm. Ona görə təəccüblənmirəm ki, onlar Azərbaycanla bağlı belə subyektiv mülahizələrdən çıxış edərək açıqlamalar verirlər.
Bu təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək, ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayırlar”.
Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri bildirib ki, medianın təsis olunması, media və jurnalist fəaliyyəti üçün heç bir yasaqlayıcı, qadağanedici qanunun, mexanizmin olmadığı Azərbaycan kimi bir ölkədə media azadlıqlarının pozulması fikrini səsləndirmək qətiyyən doğru ola bilməz.