Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəyə çıxarılacağı tarix açıqlanıb

Milli Məclisdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatının müzakirəyə çıxarılacağı tarix məlum olub.

“Report”un xəbərinə görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

İclasda hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO