Ermənistan silahlı bölmələrinin hücumunun qarşısını almaq üçün cəbhə xəttində görülən tədbirlər açıqlanıb

Ölkənin müdafiəsinin təmin edilməsi üçün Azərbaycan ordusunun döyüşə hazırlıq və səfərbərlik hazırlığı sahəsində müvafiq tədbirlər görülüb, qoşunlar müasir döyüşün aparılması tələblərinə cavab verən silah, hərbi texnika və digər vasitələrlə hərtərəfli təmin olunub.

“Report”un məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, ön xətdə bütün istiqamətlə üzrə zəruri fortifikasiya və qazma işləri yerinə yetirilib, mühəndis-istehkam təminatı təkmilləşdirilərək mövqelər möhkəmləndirilib, yeni istehkam şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nötqələri tikilib, əlavə torpaq sipərləri, əlaqələndirmə xəndəkləri, qovşaqlar çəkilib, etibarlı sığınacaqlar, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb, hərbi hissələrin dislokasiya yerlərinə yolların, rabitə xətlərinin çəkilməsi və digər kommunikasiyaların tikiliməsi davam etdirilib.

Ön xətdə yerləşən bütün hərbi hissələr zirehli ambulanslarla təmin edilib, zirehli nəqliyyat vasitələri bazasında sanitar maşınlar hazırlanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO