Bu rəqəmi Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov “Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi”nə həsr olunmuş mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, ötən il Azərbaycanda insan alveri ilə mübarizəyə dair bir sıra tədbirlər keçirilib. Ötən il fevralın 25-də Avropa Şurasının müvafiq Konvensiyası qəbul olunub və bu Konvensiya Azərbaycanda oktyabrın 1-dən qüvvəyə minib.
İmran Nəcəfov insan alveri qurbanlarının yenidən cəmiyyətə inteqrasiyası sahəsində işlərin davam etdiyini deyib. Ötən il trafikinq qurbanlarına verilən birdəfəlik yardımın miqdarı 33 manatdan 200 manata qaldırılıb, Azərbaycan Avropa İttifaqının yardımı ilə bu mövzuda bir sıra seminarlar keçirib. İmran Nəcəfov aşkarlanan insan alveri qurbanlarının sığınacaqla təmin olunduğunu, onlara həkim və psixoloq yardımı edildiyini bildirib. Daha sonra onlardan 20 nəfər kurslara göndərilib. Ötən il həmçinin 31 nəfər potensial insan alveri qurbanı müəyyənləşib, onlara müvafiq kömək göstərilib.
Ötən il insan alverinin qurbanları üçün açılmış “Qaynar xətt”ə 13699 zəng daxil olub.