“Azərbaycan Cinayət Məcəlləsinə kibercinayətkarlıqla bağlı əlavələrin edilməsi nəzərdə tutulur”. Bu fikirləri Bakıda keçirilən “Kiber və milli təhlükəsizlik. NATO-nun siyasəti və milli baxış” mövzusunda konfransda çıxışı zamanı Milli Təhlükəsizlik Nazirliyinin departament rəhbəri Kərim Kərimov deyib.
Onun sözlərinə görə, artıq əlavə və dəyişikliklər Milli Məclisə təqdim olunub və yaxın günlərdə onların qəbul olunacağı gözlənilir: “Bütün ölkələr kibertəhlükəsizlik problemləri ilə üzləşirklər və bu sahədə kifayət qədər boşluqlar var”.