Azərbaycan prezidenti Serbiyaya səfər edəcək

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 8-9-da baş tutacaq səfərlə bağlı məsələlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Serbiyaya səfəri zamanı onun bu ölkənin xarici işlər naziri Vuk Yeremiçlə görüşündə müzakirə olunub.

Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə hərtərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edilib, Azərbaycan prezidentinin cari ilin 8-9 iyun tarixlərində Serbiyaya nəzərdə tutulan səfəri və səfər zamanı müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi, ticarət, turizm və mədəniyyət sahəsində, eləcə də XİN-lər arasında, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO