GUAM-ın baş katibi Valeri Çeçelaşvili: “Dağlıq Qarabağda beynəlxalq aeroport fəaliyyət göstərə bilməz”

Bu fikirlər GUAM-ın baş katibi Valeri Çeçelaşviliyə məxsusdur.
Onun sözlərinə görə, Dağlıq Qarabağın hava məkanının və digər ərazilərin Azərbaycana məxsus olduğunu bütün dünya bilir:

“Yalnız onu deyə bilərəm ki, aeroport tikmək olar. Lakin bu aeroport Azərbaycansız fəaliyyət göstərə bilməz. Bunun üçün beynəlxalq qaydalar və proseduralar var, beynəlxalq əhəmiyyətli aeroportun fəaliyyət göstərməsi üçün beynəlxalq hava uçuşlarını tənzimləyən beynəlxalq təşkilat qərar qəbul etməlidir. Dağlıq Qarabağın hava məkanı nəzarətdən çıxıb. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan tərəfinin razılığı olmadan bunu praktiki həyata keçirmək mümkün deyil. Buna görə də Azərbaycan bütün beynəlxalq təşkilatlarda və hava məkanına icazə verən təşkilatlarda imkanlarından istifadə edərək öz qanuni hüququnu qoruyacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO