Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, İstanbul şəhərində keçiriləcək toplantı “Qadınlar – XXI əsrdə qərarların həlli” mövzusuna həsr ediləcək.
Q. Paşayeva müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, çıxışlarında Azərbaycanda qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlar və problemləri barədə məlumat verəcək.
Səfər müddətində Q. Paşayeva dünyanın müxtəlif ölkələrindən gəlmiş qadın millət vəkilləri, yüksək vəzifəli ictimai-siyasi xadimlər və işgüzar qadınlarla görüşlər keçirəcək, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, minlərlə qadının öz doğma yurd-yuvasından didərgin düşməsi, əsir və girov götürülməsi barədə məlumatları onların diqqətinə çatdıracaq.