Prezident İlham Əliyev: Bu il altı şəhərdə rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində bildirib ki, bu il Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır.

“Eyni zamanda, Füzuli rayonunda və Qəbələ şəhərində də rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaqdır ki, bu xəstəxanalar 2019-cu ildə istifadəyə verilsin”, – deyən dövlətimizin başçısı qeyd edib ki, həm Füzuli, həm də Qəbələ rayonlarında vaxtilə müasir diaqnostika mərkəzləri istifadəyə verilib. Bu rayonlarda keyfiyyətli tibbi xidmət almaq üçün imkanlar var, sadəcə olaraq, yeni xəstəxanaların tikintisi də təmin ediləcək.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO