Azərbaycan İsveçrəyə nota verib

Mayın 3-dək davam edəcək sərgidə Ermənistan şərəf qonağı qismində iştirak edir və mayın 2-də Ermənistan prezidenti Serj Sarkisyan sərgini ziyarət edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən verilən məlumata əsasən, aprelin 29-da sərginin açılışı zamanı Ermənistana aid olan stendlərdə Azərbaycanın ərazi bütövlüyünü təhrif edən müvafiq materialların nümayiş etdirdiyi məlum olub. Bununla əlaqədar olaraq, səfirlik tərəfindən dərhal İsveçrənin Xarici İşlər Federal Departamentinə və sərginin təşkilatçılarına məlumat verilib, narahatçılıq və etiraz ifadə edilib.

Bununla yanaşı, səfir Murad Nəcəfbəyli tərəfindən sərginin təşkili üzrə məsul olan qurumun rəhbərləri Bernard Quiot və Adeline Beaux ilə görüş keçirilib, Azərbaycanın narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb, həmin materiallarda həqiqətə uyğun olmayan məqamlar əyani olaraq nümayiş etdirilib və onların sərgidən çıxarılması tələb edilib.

Eyni zamanda, səfirlik tərəfindən İsveçrənin Xarici İşlər Departamentinə etiraz notası ünvanlanıb, bu etirazın mahiyyəti izah edilib və məsələ ilə bağlı İsveçrə tərəfindən müvafiq tədbirlərin görülməsinin təmin edilməsi xahiş edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO