Azərbaycanda gənc ailələrə ipotekaların verilməsi qaydaları sadələşdiriləcək

O deyib ki, yeni hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin sosial problemlərinin həlli, məşğulluq məsələləri və gənc ailələrə ipoteka kreditlərin verilməsi ayrıca bənd kimi daxil edilib: “Bu gün sosial ipoteka üçün ayrılan vəsaitin həcmi mənzil bazarının tələblərinə tam cavab vermir. Hazırda bununla bağlı təkliflər paketi hazırlanır. Eyni zamanda, gənclərin problemlərinin həll edilməsi üçün gənc mütəxəssislərin işlə təmin edilməsi və gənclərin idarəetməyə cəlb olunması nəzərdə tutulur”.

İ. Babayev qeyd edib ki, hələlik Azərbaycanda gənc ailə məfhumunun dəyişdirilməsi və bu məfhuma digər statusların əlavə edilməsi ilə bağlı müzakirələr aparılmır. 35 yaşa qədər gənc ailələrin sayı çox olduğuna görə bu sahədə bürokratiyanın qarşısını almaq üçün əvvəlcə bir neçə kateqoriya seçiləcək. Gənc alimlər, Milli Qəhrəmanlar və onların ailə üzvlərindən olan gənclər, beynəlxalq aləmdə yüksək nəticələr qazan idmançılar, dövlət qulluğunda çalışan gənclər, qaçqın və məcburi köçkün ailələrindən olan istedadlı gənclər güzəştli şərtlərlə ipoteka kreditləri ala biləcəklər.

İ. Babayev qeyd edib ki, hazırda nə qədər gənc ailənin mənzilə ehtiyacının olması dəqiqləşdirilməyib: “Bu məsələ yenidən təhlil olunmalıdır. Azərbaycanda mənzil bazarının dərindən araşdırılmasına böyük ehtiyac var”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO