İnsan hüquqları XXI əsr – Azərbaycan Fondu Azərbaycan Respublkasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Kimsəsiz yeniyetmələrə sosial inteqrasiya imkanları yaradaq” adlı layihəyə uyğun olaraq təlimlərə başlayır.
Təlimlərin əsas məqsədi yaxın bir neçə il ərzində internat məktəbi tərk etməyi hazırlaşan yeniyetmələrin cəmiyyətə psixolojik olaraq hazır və ən azından öz sosial hüquqlarını bilən gənc olaraq inteqrasiya olmalarına dəstək verməkdir.
Layihə Təhsil Nazirliyinin icazəsi və dəstəyi ilə Buzovna qəsəbəsi 1 saylı orta ümumtəhsil internat məktəbində keçiriləcəkdir. Layihə burada təhsil alan 14-17 yaş arası yeniyetmələri əhatə edəcəkdir. Belə ki, 2 ay müddətində seçilmiş 15 yeniyetməyə hüquqi və psixoloji təlimlər (cəmi 32 mövzuda təlim) keçiləcəkdir. Hüquqi təlimlər əsasən sosial hüquları – Müraciət etmək hüququ (Vətəndaşların dövlət orqanlarına və məhkəməyə müraciət etmək qaydası), Uşaq hüquqları (Uşaq hüquqları haqqında milli və beynəlxalq qanunvericilik), Sağlam ətraf mühitdə yaşamaq hüququ, Mənzil hüququ, Təhsil hüququ, Uşaqların istirahət hüququ, Nikah hüququ (Nikah və Ailə), Ailədaxili zorakılıq, Əmək hüququ, Sosial təminat hüququ, Sağlamlığın qorunması hüququ, İnsan alveri, Mülkiyyət hüququ (Daşınar və Daşınmaz əmlak), Vərəsəlik hüququ kimi vacib sosial hüquqları əhatə edəcəkdir.
Yeniyetmələr həmçinin cəmiyyətə inteqrasiya zamanı qarşılaşacaqları psixoloji problemlərə – Etimad mühitin yaradılması, Psixoloji travmanın mənbəyi, qeyritolerant mühitdə insiyyət, Ünsiyyətdə qeyritolerant situasiyaların yaşanılması, Hisslər aləmi (Aqressiya), Özünüqiymətləndirmə, Ailə xoşbəxtliyi mürəkkəb fenomendir, Stress və depressiya, Özünəqəsd, Özünə qarşı necə tolerant olmalı, Ünsiyyət sferasında sosial səriştəlik (Konfliktli situasiyalarda tolerant davranış), Hisslər aləmi, Qorxu ilə necə bacarmaq olar, Peşə seçimi, İnsan həyatında əməyin rolu kimi vəziyyətlətə psixolojik olaraq hazırlanacaqlar.
Qeyd edək ki, təlimlər hər həftənin şənbə günü saat 11:00 – 15:00 arası Buzovna qəsəbəsi 1 saylı orta ümumtəhsil internat məktəbində keçiriləcəkdir.