Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət günü ərəfəsində məlumat yayıb.
Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə bu ilin devizi “Gələcəyin planlaşdırılması” elan edilib.
Azərbaycan 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına, sonrakı illərdə isə ÜƏMT-nın bir sıra saziş və müqavilələrinə qoşulub. Bu sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2011-ci ilin ilk rübündə 333 ədəd əmtəə nişanı, 18 ədəd ixtira, 9 ədəd sənaye nümunəsi, 3 ədəd faydalı model dövlət qeydiyyatına alınaraq müvafiq mühafizə sənədləri hüquqi sahiblərinə təqdim edilib.
Komitədən bildirilib ki, patent sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinə (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstəricilərə) dair iddia sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır, müvafiq mühafizə sənədləri verilir, bu sahədə hüquqların qorunmasına və beynəlxalq sistemlərə inteqrasiyaya təminat yaradılır, qanunvericiliyə uyğun digər işlər yerinə yetirilir.