Ombudsman deyib ki, aksiyalarda böyük kütlə olarsa, uşağın ayaqlar altında qalması ehtimalı da var: “Buna görə ehtiyatlı olmaq lazımdır”.
E. Süleymanova bildirib ki, beynəlxalq hüquq və uşaq hüquqları konvensiyasına əsasən hər bir şəxs uşaqların hüququnu müdafiə etməlidir: “Azərbaycanda əvvəllər valideynlər buna cavabdeh idi. Referendumla Konstitusiyaya edilmiş dəyişikliyə əsasən hazırda dövlət bu vəzifəni öz öhdəsinə götürüb”.