“Ombudsman informasiya almaq hüququ üzrə nəzarəti, “İnformasiya almaq haqqında” qanunun həyata keçirilməsinə şəraitin yaradılmasını və bu qanundan hamının yararlanmasını həyata keçirəcək. Artıq bu istiqamətdə müzakirələrə başlanılıb”.
Məlumata görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.
E. Süleymanova qeyd edib ki, Ombudsman Aparatında struktur dəyişikliyi olduqda burada jurnalistlər də təmsil olunacaq: ““İnformasiya almaq haqqında” qanunun daha səmərəli şəkildə həyata keçirilməsini istəyirik. Mənə elə gəlir ki, aparılan müzakirələr öz nəticəsini verəcək”.