Azərbaycan Səhiyyə Nazirliyi əhalinin demoqrafik sorğusunu keçirəcək

Azərbaycan Səhiyyə Nazirliyi əhalinin demoqrafik sorğusunu keçirəcək Avqust-sentyabrda Azərbaycanda sorğu keçiriləcək. Sorğunun məqsədi ölkədə demoqrafik vəziyyəti və əhalinin sağlamlıq durumunu müəyyən etməkdir. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova deyib. Onun sözlərinə görə, sorğu iki istiqamət – ev təsərrüfatlarında yaşayan sosial qrupların sorğusu və qadınların fərdi sorğusu üzrə aparılacaq. “Sorğuya Bakı və səkkiz regiondakı bütün ev təsərrüfatları cəlb ediləcək. Bu ev təəsrrüfatlarında 15-49 yaşlı qadınlar və onların beş yaşınadək olan uşaqlarının da sorğusu keçiriləcək”, – Cəmilova bildirib. Qadınlar üçün anketlərə doğma və ya oğulluğa və qızlığa götürülən uşaqlarla, onların veneroloji xəstəliklər barədə məlumatlı olub-olmamaları ilə bağlı suallar daxil ediləcək.
Demoqrafiya və sağlamlıq məsələlərinə həsr edilən sorğu Mərkəz tərəfindən Nazirlər Kabinetinin Səhiyyə Nazirliyinə verdiyi tapşırığa əsasən, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” çərçivəsində keçiriləcək.
Şöbə müdirinin sözlərinə görə, iyulda müsahiblər üçün treninqlər, avqust-sentyabrda isə sorğular keçiriləcək.
Onun sözlərinə görə, sorğunun nəticələri səhiyyədə, təhsildə, demoqrafik siyasətdə problemlərin həlli üçün vacibdir.
Azərbaycanda ilk dəfə belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən “Macro International” tədqiqatların aparılması üzrə beynəlxalq təşkilatla birgə keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO