BQXK-nın Ermənistan nümayəndəliyi azərbaycanlı əsirə baş çəkib

BQXK-nın Ermənistan nümayəndəliyi azərbaycanlı əsirə baş çəkib BQXK-nın Bakı ofisindən verilən məlumata görə, Komitənin əməkdaşları Ermənistanda saxlanılan hərbi əsir Roman Hüseynova baş çəkib, onun saxlanma şəraiti, səhhəti ilə bağlı monitorinq aparıblar.

Hərbi əsirin ailəsinə yazdığı məktub BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.

Əsirin məktubu ailəsinə təqdim edilib.

Ermənistanın silahlı qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov əsir götürülüb.

Martın 17-də Azərbaycan və Ermənistan əsir və mülki şəxsin mübadiləsini həyata keçirib. BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.

Kiçik çavuş Anar Hacıyev 10 may 2009-cu il tarixdə əsir götürülmüşdü.

Hacıyev barəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin dövlətə xəyanət (274-cü) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO