Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Sloboda ilə ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun müşahidə missiyasının rəhbəri Boris Frles arasında görüş keçirilib. Y. Sloboda APA-ya açıqlamasında hər iki tərəfin öz iş prinsipləri haqqında məlumat verdiyini deyib. Görüşdə missiya rəhbərləri və ekspertlər səviyyəsində görüşləri davam etdirmək barədə razılığa gəlinib.
Qeyd edək ki, MDB müşahidə missiyasının seçkiqabağı mühitlə bağlı ilk aralıq hesabatı gələn həftə açıqlanacaq.