GUAM dövlət başçılarının sammiti Azərbaycanın sədrliyi ilə keçirilə bilər

“GUAM dövlət başçılarının Sammiti gələn il Azərbaycanın sədrliyi ilə keçirilə bilər”. Bunu təşkilatın baş katibi Valeri Çiçelaşvili Gürcüstan bürosuna eksklüziv açıqlamasında deyib.

Tiflisdə GUAM ölkələrinin nazirlər səviyyəsində turizm görüşündə iştirak edən GUAM-ın baş katibi bildirib ki, GUAM-ın gündəliyində sülhməramlı qüvvələrin yaradılması məsələsi durmur. Bunun müxtəlif səbəbləri var: “Çünki Moldova açıq bildirir ki, Moldova Konstitusiyasına görə, bu ölkə neytral dövlətdir. Ona görə də Moldovanın hər hansı hərbi gücdə iştirakı yolverilməzdir. GUAM-ın isə bir prinsipi var – dördlükdə işləmək. Əgər hansısa ölkə layihəyə maraq göstərmirsə, biz onu gündəmə çıxarmırıq. Buna görə də sülhməramlı qüvvələrin yaradılması bizim gündəliyimizdə yoxdur”.

Baş katib GUAM dövlət başçılarının Sammitinin nə vaxt keçiriləcəyinə dair suala da münasibət bildirib. “İndi GUAM-ın sədri Moldovadır. Hələ dövlətin prezidenti seçilməyib. Bu ölkədə situasiyanın inkişafına görə, prezident seçkisi baş tutarsa, ümidvaram ki, seçilən prezident GUAM sammitinin çağırılması imkanlarını götür-qoy edəcək. Dəqiq bilirəm ki, bu il GUAM-ın əsas orqanı olan Nazirlər Şurasının üç yığıncağı keçiriləcək. Sammitə gəlincə, onu deyə bilirəm ki, bu, Moldovanın sədrliyi zamanı baş tutmazsa, ümidvaram ki, gələn il Azərbaycanın sədrliyi ilə sammit keçiriləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO