Prezident seçkilərində öz təşəbbüsü ilə respublikanın bütün ərazisində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən 700-ə yaxın şəxs “Müşahidəçi vəsiqəsi” ilə təmin olunub.
Bu barədə Lent.az-a MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Həmin müşahidəçilərin 217 nəfəri QHT nümayəndəsi, 6 nəfəri xüsusi icazəlidir. Digərləri isə öz təşəbbüsü ilə ölkə ərazisində müşahidə aparmaq istəyən şəxslərdir. Dairə seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçənlərin sayı isə 20 mini ötüb.