2020-ci ilədək Xəzər dənizinin səviyyəsində ekstremal dəyişmə gözlənilmir. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov deyib. Onun sözlərinə görə, həmin müddətədək ətraf təsərrüfat Xəzərin səviyyəsindəki dəyişikliyi hiss etməyəcək. İnstitutun direktor müavini 2020-ci ilədək Xəzərin səviyyəsində ekstremal dəyişmənin baş verməməsinin səbəbini də açıqlayıb.
O bildirib ki, bu, su yığma hövzəsində ekstremal iqlim dəyişiklərinin gözlənilməməsi ilə əlaqədardır.
Məmmədovun sözlərinə görə, Xəzərdə duyun səviyyəsinin dəyişməsinin əsas səbəbi iqlim dəyişikliyidir.
“Hava soyuq olanda, yağıntının miqdarı çox olanda dənizə gələn suların miqdarı çoxalır. Səthdən buxarlanma azalır, buna görə də səviyyə qalxır. Əksinə, quraq iqlim olanda buxarlanma çox gedir, yağıntı az olur, səviyyə isə aşağı düşür”, – institutun direktor müavini əlavə edib.
Trend.az