2015-ci ildə ABŞ-ın Azərbaycana ayıracaq maliyə yardımının həcmi bəlli olub

ABŞ Dövlət Departamenti 2015-ci ildə bir sıra dünya ölkələrinə maliyyə yardımı və bu ölkələrdə həyata keçiriləcək proqramlara ayrılacaq vəsaitə dair büdcə layihəsini təqdim edib.

Trend-in Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2015-ci ildə ABŞ Azərbaycana 12,7 milyon dollar maliyə yardımı ayıracaq.

Bu məbləğin 9,6 milyonu iqtisadi dəstək, 800 min dolları hüquq-mühafizə orqanlarının narkotik maddələrin ticarətinə qarşı mübarizəsinə, 600 min dolları beynəlxalq hərbi təhsil və təlimlərə, 1,7 milyonu isə xarici hərbi maliyyələşmə qismində ayrılacaq.

Qeyd edək ki, büdcəyə əsasən ABŞ 2015-ci ildə Ermənistana 24,7 milyon dollar, Gürcüstana isə 53,5 milyon dollar verəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO