“Söz Azadlığını Müdafiə Fondu” (SAMF) “Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi ilə 01.09.2015-ci il tarixindən etibarən icrasına başlanılmış “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının region gəncləri arasında təbliği” layihəsinə yekun vurulmuşdur.
Layihə çərçivəsində Şamaxı, Şirvan, Cəlilabad, Quba və Tərtər rayonlarında təlimlər keçirilmişdir.
Qeyd edək ki, Layihənin əsas məqsədi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın əsas vəzifələrini gənclərə aşılamaq, Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, region gənclərinin müxtəlif sahələrdə bilik və bacarıqlarını artırmaq, gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmaq, dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin fəal iştirakını təmin etmək, xüsusi qayğıya ehtiyacı olan gənclərin ehtiyaclarını ödəməkdən ibarət idi.
Layihədən regionlarda yaşayan dövlət və yerli özünüidarəetmə orqanlarında çalışan gənclər, dövlət qulluqçuları, gənc sahibkarlar, işsiz gənclər faydalanmışlar.