2012-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 53 min abunəçi və ya 4 faiz artıb.
ASC-dən Trend-ə verilən məlumata görə, 1 yanvar 2013-cü il tarixinə olan məlumata görə, ölkə üzrə 1138044 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.
İstehlakçıların 96 faizini əhali, 4 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. 2012-ci ildə abunəçi sayında artım nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.