2012-ci il NATO-Azərbaycan əlaqələrinin genişlənməsində mühüm il oldu – səfir

Ötən il NATO-Azərbaycan əlaqələrinin genişlənməsində mühüm illərdən biri oldu. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan gənclərinin Avropaya inteqrasiyası Təşkilatının forumunda Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu deyib.
Onun sözlərinə görə, ötən il NATO baş katibinin Azərbaycana səfəri baş tutub, mayda keçiriləcək Çikaqo sammitində Azərbaycan rəhbərliyinin iştirakı gözlənilir.
Səfir hesab edir ki, bu faktların hamısı NATO ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir.
Çobanunun sözlərinə görə, Avropa, Cənubi Qafqaz, Xəzər regionu ölkələrinin terrorizm və hasilatın təhlükəziliyinə təhdidlər və enerji resurslarının nəqlində üzləşə biləcəkləri təhlükələrdən xəbərdarlığa xüsusi diqqət ayrılmalıdır.
“Həll olunması üçün birgə yanaşmanın zəruri olduğu bir çox məsələlər var. NATO Azərbaycanın bu sahədə töhfəsini yüksək qiymətləndirir. Məlum olduğu kimi, Azərbaycan Əfqanıstanda təkcə öz hərbi qüvvələri vasitəsilə iştirak etmir, həm də koalisiya yükləri üçün öz ərazisindən istifadəyə imkan yaradır ki, bu da NATO tərəfindən yüksək qiymətləndirlir”, – səfir bildirib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO